Uca Allah Qurani-Kərimdə Özünün gözəl adlara sahib olduğunu bildirir. Bu adlar Əsmaül-Hüsna (ən gözəl adlar) adlanır. Müsəlman üçün bu adları öyrənmək, mənalarını düşünmək, zikr etmək və həyatına tətbiq etməyə çalışmaq böyük fəzilətdir.
Aşağıda Allahın 99 adı və qısa mənaları təqdim olunur.
Allahın 99 Adı (Əsmaül-Hüsna) və mənaları
1. ALLAH – Gözəl sifətləri özündə ehtiva edən
2. ƏL – VAHİD – Yeganə
3. ƏL-ƏHƏD – Bənzərsiz
4. ƏS-SƏMƏD – Ehtiyacsız
5. ƏL-AXIR – Hər şeydən sonra mövcud olacaq
6. ƏS-ŞƏMİ – Hər şeyi eşiden
7. ƏL-BƏŞİR – Hər şeyi görən (haqq-nahaqq)
8. ƏL-QƏDİR – Hər şeyə qüdrəti çatan
9. ƏL-ƏVVƏL – Hər şeydən əvvəl mövcud olmuş
10. ƏL-QAHİR – Zalımları qəhr edən
11. ƏL-ƏLİYY – Yüksək, uca
12. ƏL-Ə’LA – Ən yüksək
13. ƏL-BAQI – Əbədi
14. ƏL-BƏDİ – Həmişə ixtira edən
15. ƏL-BARI – Yaradıcı
16. ƏL-ƏKRƏM – Ən kəramətli
17. ƏZ-ZAHİR – Ashkarda olan
18. ƏL-BATIN – Gizlində olan
19. ƏL-HƏYY – Diri
20. ƏL-HƏKİM – Çox hikmətli
21. ƏL-ƏLİM – Hər şeyi bilən çox elmli
22. ƏL-HƏLİM – Çox mülayim
23. ƏL-HAFİZ – Ən yaxşı qoruyucu
24. ƏL-HƏQQ – Həqiqət
25. ƏL-HƏSİB – Hər şeyi hesaba alan
26. ƏL-HƏMİD – Həmd edilen
27. ƏL-HƏFİYY – Öz yaratdıqlarını çox sevən
28. ƏN-NUR – Nur
29. ƏR-RƏBB – Bəsləyən
30. ƏR-RƏHMAN – Çox mərhəmətli
31. ƏR-RƏHİM – Həmişə mərhəmətli
32. ƏR-RAUF – Mehriban
33. ƏR-RAİ – Hər şeyi görən
34. ƏR-RƏQİB – Nəzarətçi
35. ƏZ-ZARİ – Yaradan
36. ƏS-SƏLAM – Hər təhlükədən salamatlığa çıxaran
37. ƏR-RƏZZAQ (ƏR-RAZIQ) – Ruzi verən
38. ƏL-MÖ’MİN – İman bəxş edən
39. ƏL-MYHƏMİN – Himayə edən
40. ƏL-ƏZİZ – Çox izzətli
41. ƏL-CƏBBAR – Zalımlara əziyyət verən
42. ƏL-MÜTƏKƏBBİR – Məqamı uca tutulan
43. ƏS-ŞƏYYİD – Ağa, başçı
45. ƏS-ŞAHİD – Hər şeyə şahid olan
46. ƏS-SADİQ – Sədaqətli
47. ƏT-TAHİR – Pak, saf
48. ƏL-GHƏNİYY – Ehtiyacsız, carlı
49. ƏL-GHİYAS – Köməkçi
50. ƏL-FATİR – Yaradan, vucuda gətirən
51. ƏL-FƏRD – Tək
52. ƏL-FƏTTAH – Çətinlikləri həll edən
53. ƏL-FALİQ – Dan yerini yaran
54. ƏL-QƏDİM – Əzəli olmadığı zaman təsəvvürə gəlməyən
55. ƏL-MƏLİK – Mülk sahibi
56. ƏL-QUDDUS – Müqəddəs
57. ƏL-QƏVİYY – Çox qüvvətli
58. ƏL-QERIB – Çox yaxın
59. ƏL-QƏYYUM – Dayanıqlı, sarsılmaz
60. ƏL-QABİZ – Sıxan (Canları alan)
61. ƏL-BASİT – Açıb sərən
62. QAZIYUL-HACAT – Hökm verən, ehtiyacları həll edən
63. ƏS-ŞAFİ – Şəfa verən
64. ƏL-MƏCİD – Şan-şöhrətli
65. ƏL-VƏLİYY (ƏL-MÖVLA) – Dost
66. Əl-LƏTİF – Lütf edən
67. ƏL-MƏNNAN – Bəndələrinə çox ehsan edən
68. ƏL-MÜHİT – Hər şeyi əhatə edən
69. ƏL-MÜBİN – Hər şeyi bəyan edən
70. ƏL-MÜQİT (ƏL-MUGHİS) – Ruzi verən (dada yetişən)
71. ƏL-MÜSƏVVİN – Hər şeyi formaya salan
72. ƏL-KƏRİM – Çox kəramətli
73. ƏL-KƏBİR – Çox böyük
74. ƏL-KAFİ – Kifayət edən
75. KAŞİFUZ-ZÜRR – Zərərin üstünü açib ifşa edən
76. ƏL-VİTR – Tək-tənha
77. ƏL-ƏZİM – Əzəmətli
78. ƏL-VƏHHAB – Nemət bağışlayan
79. ƏN-NASİR – Köməkçi, yardımçı
80. ƏL-VASƏ – Çox əhatəli
81. ƏL-VƏDUD – Bəndələrini çox sevən
82. ƏL-HADİ – Hidayət edən, doğru yol göstərən
83. ƏL-VƏFİYY – Vəfalı
84. ƏL-VƏKİL – Himayəçi
85. ƏL-VARİS – Qiyamətdə hər şey məhv olduqdan sonra tək qalacaq vücud
86. ƏL-BİRR – Yaxşı sifətlərin sahibi
87. ƏL-BAİS – Qiyamətdə ölüləri dirildəcək zat
88. ƏL-TƏVVAB – Tövbələri qəbul edən
89. ƏL-CƏLİL – Cəlallı
90. ƏL-CƏVAD – Səxavətli
91. ƏL-XƏBİR – Hər şeydən xəbərdar olan
92. ƏL-XALİQ – Xəlq edən, yaradan
93. XƏYRUN-NASİRİN – Ən yaxşı yardımçı
94. ƏD-DƏYYAN – Hesabat gününün sahibi
95. ƏS-ŞƏKUR – Şükr edilən
96. ƏS-SANƏ – Yaradıcı
97. ƏL-ƏDL – Ədalətli
98. ƏL-ƏFUVV – Əfv edən
99. ƏL-GHƏFUR – Günahları bağışlayan
Əsmaül-Hüsna yalnız oxunacaq siyahı deyil – bu adlar Allahı daha yaxşı tanımağa, dua və zikrə daha çox yönəlməyə səbəb olur. Uca Allahdan diləyimiz budur ki, bu adları öyrənməyi və mənalarını həyatımıza tətbiq etməyi bizə nəsib etsin. Amin.
