Android Authority tərəfindən sınaqdan keçirilən yeni beta versiyada istifadəçilər üçün bir sıra maraqlı funksiyalar aşkar edilib. Mütəxəssislər xüsusilə beş əsas yeniliyi ön plana çıxarıblar.Yeni sistemdə təqdim olunan “App Lock” funksiyası istənilən tətbiqi PIN kod və ya biometrik identifikasiya (barmaq izi, üz tanıma və s.) ilə qorumağa imkan verir. Bu isə şəxsi məlumatların təhlükəsizliyini daha da gücləndirir.İnternet idarəetməsində də dəyişiklik var. Artıq Wi-Fi və mobil şəbəkə üçün ayrıca düymələr mövcuddur ki, bu da bağlantılar arasında daha sürətli keçid etməyə şərait yaradır.Ekran qeydi funksiyası təkmilləşdirilib. İstifadəçi bütün ekranı deyil, yalnız seçilmiş hissəni yaza biləcək. Bundan əlavə, xarici monitora ötürülən görüntünü də ayrıca yadda saxlamaq mümkün olacaq.Məxfilik sahəsində yeniliklərdən biri isə məhdud kontakt girişi funksiyasıdır. Mesajlaşma tətbiqlərində yalnız seçilmiş kontaktlar görünəcək, fotolar isə istifadəçinin seçiminə əsasən paylaşılacaq.“Universal Copy” adlı imkan isə müxtəlif cihazlar arasında məzmunu sürətli şəkildə paylaşmağa və aktiv tətbiqləri sinxronlaşdırmağa şərait yaradır.Bununla yanaşı, istifadəçiləri düşündürən əsas məsələ klassik vahid bildiriş panelinin dəyişdirilməsidir. Google yeni dizayn konsepsiyasına uyğun olaraq paneli iki hissəyə bölməyi planlaşdırır: ekranın sol tərəfindən yalnız bildirişlər, sağ tərəfindən isə ayrıca “İdarəetmə Mərkəzi” açılacaq. Lakin ənənəvi görünüşü geri qaytarmaq seçimi də saxlanılacaq.
Android yeniləndi: İstifadəçiləri sevindirən yeni imkanlar gəldi
