Bir zamanlar yaşlı bir dərviş müridinə çay kənarındakı köhnə, deşik bir səbəti göstərib deyir: “Bu səbətlə mənə su gətir”. Mürid təəccüblənsə də, əmri yerinə yetirir. Suyu doldurub qaçaraq gətirməyə çalışsa da, hər dəfə səbət boşalır. Bu hal on dəfə təkrar olunur. Yorulub ümidini itirən mürid deyir: “Ustad, bu mümkün deyil, səbət su tutmur”.
Ustad gülümsəyərək cavab verir: “Bəli, su gətirə bilmədin, amma bax gör səbət necə tərtəmiz olub”.
Dərs:
Bəzən etdiyimiz işin nəticəsini dərhal görməsək də, o proses bizi daxilən təmizləyir və dəyişdirir.
