Bakıda estetik əməliyyat keçirən qadın dünyasını dəyişib.Məlumata görə, hadisə Binəqədi rayonunda yerləşən “Medi Hall” hospitalda baş verib. 1983-cü il təvəllüdlü Nigar İsmayılova fevralın 10-da bədən şəkilləndirmə əməliyyatına cəlb olunub.Əməliyyatdan sonra qadının vəziyyəti kəskin pisləşib. Tibbi müdaxilələrə baxmayaraq, o, fevralın 13-də vəfat edib.Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakıda bədən şəkilləndirmə əməliyyatı ölümə səbəb olub ( Ferqli.Com)
