Ferqli.Com xəbər verir ki, fevral ayının 24-ü ilin ilk çərşənbəsi – Su çərşənbəsi kimi qeyd olunur.
İnanclara görə, Tanrı ilk olaraq suyu yaratdığı üçün ilk çərşənbə məhz Su çərşənbəsi hesab edilir. Bəzi mənbələrdə bu gün “əzəli çərşənbə” və ya “gül çərşənbə” adlandırılır.
Yaz fəslinin gəlişini müjdələyən Novruz bayramı həm də ilin başlanğıcı kimi qəbul edilir. Bu səbəbdən insanlar yeni ilin su kimi şəffaf, təmiz və uğurlu keçməsini arzulayırlar. İlk tonqalın məhz Su çərşənbəsində yandırılması buzların əriməsi, qışın geridə qalması və təbiətin oyanmasının rəmzi sayılır.
Qeyd edək ki:
Od çərşənbəsi martın 3-də,
Yel çərşənbəsi martın 10-da,
İlaxır çərşənbə – Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.
Yaz fəsli isə martın 20-də, Tiblisi vaxtı ilə saat 18:45 – də Gürcüstana daxil olacaq.
Ferqli.Com olaraq bütün oxucularımızı Su çərşənbəsi münasibətilə təbrik edir, hər kəsə bolluq, ruzi və xoş günlər arzulayırıq. 🌿🔥
Bu gün Novruzun ilk çərşənbəsidir – Su çərşənbəsi qeyd olunur
