Gürcüstanda Ramazan Orucu və Bayramlar – Tam İzah (2026)

Gürcüstanda Ramazan Orucu və Bayramlar – Tam İzah (2026)

Ramazan ayı müsəlmanlar üçün ilin ən müqəddəs ayıdır. Bu ayda insanlar orucluq tutur, daha çox dua edir, pis vərdişlərdən uzaq durur, kasıblara kömək edir və Allaha yaxınlaşmağa çalışır.Gürcüstanda yaşayan müsəlmanlar (xüsusilə Marneuli, Bolnisi, Dmanisi, Qardabani, Rustavi, Tbilisi və digər bölgələrdə) Ramazanı böyük hörmətlə qarşılayır və bayramı da birlik içində qeyd edirlər.

Ramazan Orucu nədir?

Ramazan orucu o deməkdir ki:

📌 Səhər sübh azanından (imsakdan)

📌 Axşam məğrib azanına (iftara) qədərinsan:yemək yemirsu içmirsiqaret çəkmirailə münasibəti etmirgünahdan uzaq durmağa çalışırYəni oruc təkcə ac qalmaq deyil — özünü tərbiyə etməkdir.

🕰️ Sahur nədir?

Sahur Ramazan ayında oruca başlamazdan əvvəl, sübh vaxtına yaxın yeyilən yeməkdir

📌 Sahur vaxtı bitəndə artıq oruc başlayır.Bu vaxta imsak deyirlər.

Sahur etmədən oruc tutmaq olar, amma sahur etmək savabdır.

İftar nədir?

İftar axşam məğrib azanı ilə birlikdə orucun açılmasıdır.İftar adətən:

xurma ilə

su ilə

yüngül yeməklə açılır.

Sonra isə normal yemək yeyilir.

🕌 Ramazanda əsas ibadətlər

Ramazan ayında ən cox edilən ibadətlər:

  • ✅ 5 vaxt namaz
  • ✅ Qurani-Kərim oxumaq
  • ✅ Dua etmək
  • ✅ Fitri və zəkat vermək
  • ✅ Təravih namazı (gecə namazı)
  • ✅ Kasıba kömək etmək

🌙 Təravih namazı nədir?

Təravih namazı Ramazan ayında gecə qılınan xüsusi namazdır.

📌 Bu namaz Ramazan ayında olur, başqa aylarda olmur.

Gürcüstanda məscidlərdə Ramazan gecələri təravih namazı çox gözəl atmosferdə qılınır.

Fitrə nədir? Kim verir?

Fitrə Ramazan ayının sonunda verilən sədəqədir.

📌 Fitrə verməyin məqsədi:

kasıbın da bayram sevincini yaşamasıdır.

Fitrə:

bayramdan əvvəl verilsə daha yaxşıdırhər ailə üzvü üçün verilir

Məsələn:ata

ana

uşaqlar

hamısının fitrəsi verilir.

Qədir gecəsi nədir?

Qədir gecəsi Ramazan ayının ən müqəddəs gecəsidir.Bu gecə haqqında Quranda deyilir ki:📌 “Qədir gecəsi min aydan xeyirlidir.”

Bu gecədə:

dua qəbul olur

günahlar bağışlanır

savab qat-qat artır

Ramazan ayı nə vaxt başlayır və nə vaxt bitir?

Ramazan ayı Ay təqvimi ilə hesablanır. Buna görə hər il Ramazan:

📌 10-11 gün daha tez gəlir.

2026 Gürcüstanda Ramazan Təqvimi (ümumi)

Qeyd: Ayın görünməsinə görə 1 gün fərq ola bilər.

✅ Ramazan ayının başlanğıcı:

📌 18 Fevral 2026, Çərşənbə (təxmini)

✅ Ramazan ayının son günü:

📌 19 Mart 2026, Cümə axşamı (təxmini)

Ramazan Bayramı nədir?

Ramazan orucu bitəndən sonra gələn bayramdır.

Bu bayram:

orucun qəbuluna sevincdir

şükür günüdür

birlik və mərhəmət günüdür

Bayram namazı nə vaxt olur?

📌 Bayramın 1-ci günü səhər namazından sonra bayram namazı qılınır.

Gürcüstanda bu namaz:

Marneuli məscidlərində

Bolnisi məscidlərində

Tbilisi və digər yerlərdə

çoxlu insanla qılınır.

2026 Ramazan Bayramı Günləri

✅ 1-ci gün: 20 Mart 2026, Cümə

✅ 2-ci gün: 21 Mart 2026, Şənbə

✅ 3-cü gün: 22 Mart 2026, Bazar

📌 Bayram 3 gün sayılır.

Bayram günü nə edilir?

Ramazan Bayramında əsasən:

🔸 Bayram namazına gedilir

🔸 Fitrə verilir (verməyənlər bu gün də verə bilər)

🔸 Böyüklər ziyarət olunur

🔸 Qohumlar bir-birinə gedir

🔸 Küsülülər barışır

🔸 Uşaqlara bayram payı verilir

🔸 Süfrə açılır, şirniyyatlar hazırlanır

Ferqli.Com Rəhbərliyi Tərəfinən. Ramazan Bayramınız mübarək olsun!Allah tutduğunuz orucları qəbul etsin, dualarınızı eşitsin, evinizə bərəkət və ruzi versin. 🤲✨

Ferqli.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ana Səhifə Statuslar Əlaqə Haqqımızda