Oyun dünyasının ən çox gözlənilən layihələrindən biri olan GTA 6 üçün geri sayım davam edərkən, Norveçdən çox maraqlı və bir o qədər də təəccüblü xəbər gəlib.Norveçdə fəaliyyət göstərən məşhur texnologiya mağazası Komplett, GTA 6 ilə bağlı qeyri-adi kampaniyaya start verib. Sosial şəbəkələrdə sürətlə yayılan bu aksiya qısa müddətdə gündəm olub.Kampaniyanın şərti nədir?Komplett-in açıqladığı məlumata görə, GTA 6-nın planlaşdırılan çıxış tarixi olan 19 noyabr tarixində körpəsi dünyaya gələn ailələr oyunu tamamilə pulsuz əldə edə biləcək.Bu qəribə kampaniya oyunsevərlər arasında həm maraq, həm də gülməli müzakirələr yaradıb. Sosial şəbəkə istifadəçiləri “GTA 6 üçün uşaq sahibi olmaq” mövzusunda zarafatlar edərək kampaniyanı ən fərqli promosyonlardan biri kimi qiymətləndiriblər.Hazırda kampaniyanın neçə ailəni əhatə edəcəyi və aksiyanın hansı qaydada tətbiq olunacağı barədə əlavə detallar açıqlanmasa da, Komplett-in bu addımı GTA 6 mövzusunda marağı daha da artırıb.
Norveçdə qəribə kampaniya: 19 noyabrda uşaq sahibi olanlara GTA 6 pulsuz veriləcək
