Sabah – 19 fevral tarixindən etibarən Ramazan ayı başlayır. Ramazan ayı müsəlmanlar üçün həm mənəvi yenilənmə, həm də ibadət və səbir ayı sayılır. Bu müqəddəs ayın ilk günündə oruc tutacaq şəxslər üçün imsak və iftar vaxtları açıqlanıb. Gürcüstan Müsəlmanlar İdarəsinin yayımladığı Ramazan təqviminə əsasən, 19 Fevral Tarixində :
- İmsak vaxtı: 06:19
- İftar vaxtı: 18:46
19 fevral üçün namaz vaxtları
Ramazan ayının birinci günündə namaz vaxtları aşağıdakı kimidir:
- Sübh azanı: 06:19
- Zöhr azanı: 13:21
- Əsr 16:17
- Məğrib azanı: 18:46
- Şam 20:07
İmsak duası (Ramazanın 1-ci günü üçün)
Ramazan ayının ilk günündə imsak vaxtı oxunan dua:
“Allahumməc’əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və’fu ənni ya a’fiyən ənil-mucrimin!”
Tərcüməsi:
“Allahım, bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et. Bu ayda gecə ibadətlərimi də həqiqi ibadət edənlərin ibadətləri kimi qəbul et. Məni bu ayda qafillərin yuxusundan oyat, bu ayda günahlarımı bağışla, ey aləmlərin Rəbbi. Məni əfv et, ey günahkarları bağışlayan!”
İftar duası
İftar açarkən oxunan dua:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli.”
Tərcüməsi:
“İlahi, Sənin üçün oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar açdım və Sənə təvəkkül etdim. Rəhman və Rəhim Allahın adı ilə. Ey sonsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Bu müqəddəs ayda edilən duaların, tutulan orucların və qılınan namazların qəbul olunması diləyi ilə. Allah bütün ibadətlərinizi qəbul etsin! Amin.
